AZ

COP29-un ölkəmizdə keçirilməsi Azərbaycan diplomatiyasının uğuru, Ali Baş Komandanımızın növbəti qələbəsidir - RƏY

Dünyanın ən aktual bəşəri problemlərinin müzakirə edildiyi beynəlxalq platforma COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi siyasi əhəmiyyət daşımaqla bərabər ölkəmizin qlobal arenada əlaqələrinin daha da genişləndirilməsinə mühüm töhfələr verəcək. COP29 ölkəmiz üçün dünya ölkələri və beynəlxalq təşkilatlarla sıx tərəfdaşlıq əlaqələrini gücləndirmək üçün əvəzolunmaz fürsətdir.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyevin sözlərinə görə, Azərbaycan uzun illərdir, Bakı platforması çərçivəsində bir çox beynəlxalq konfranslara və tədbirlərə ev sahibliyi edir:

Naqif

"Azərbaycan mədəniyyətlərarası dialoqu təşviq, dinlərarası əməkdaşlığı təbliğ edən bir dövlət kimi tanınır. Ölkəmizdə bütün dinlər və millətlər üçün birgəyaşayışı təmin edən mükəmməl şərait var. Azərbaycan məhz bununla əlaqədar bir çox təşkilatlar tərəfindən nümunə olaraq göstərilir. 2020-ci ilə qədər ölkəmiz torpaqlarının işğal altında olması və ərazi bütövlüyünün bərpa edilməsi ilə bağlı beynəlxalq təşkilatlar vasitəsilə, eləcə də bütün platformalarda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını həyata keçirdi. Təəssüf ki, dünya ictimaiyyəti, xüsusilə, demokratiya və insan haqlarını əsas baza, prinsip olaraq qəbul edən, dünya dövlətlərini bu dəyərlər ətrafında birləşməyə çağıran böyük güclər Qarabağ probleminin sülh yolu ilə həllinə real töhvələr verə bilmədilər. Ən təəssüfedici məqam isə budur ki, bu müddət ərzində Ermənistana heç bir təzyiq edilmədi, hər hansı sanksiya tətbiq olunmadı. Hərçənd ki Ermənistan təcavüzkar, soyqırımı törətmiş, insan haqlarını pozmuş tərəf idi. Görürsünüz ki, Azərbaycan beynəlxalq hüquq və qaydalara əməl edərək məhz sülh yolu ilə torpaqlarının işğaldan azad olunmasını hər zaman təbliğ etdi, buna cəhd göstərdi. Ancaq Azərbaycan məhz Cənubi Qafqazda sülhün bərqərar olması üçün güc tətbiq etmək məcburiyyətində qaldı. 2020-ci ildən başlayaraq ölkəmiz öz torpaqlarını geri qaytardı. Artıq dövlətimiz dünya ictimaiyyətinə bu zəfərin zəruri və ədalətli olduğunu təbliğ edir. Dünya ictimaiyyəti də, Azərbaycanın dostları da bu reallıqları qəbul etməkdədir. Ancaq təəssüf ki, ikili standartlardan çıxış edən, müstəqilliyi yeni qazanmış, yeni güc toplayan dövlətlərin müstəqil siyasət yürütməsinə qarşı çıxan dövlətlər bu reallıqları qəbul etmək istəmirlər. Bu baxımdan, Azərbaycanın, xüsusilə, COP29-a ev sahibliyi etməsi zəruri addımdır. Azərbaycanın yaşıl gündəliyi yalnız COP29-la əlaqədar deyil. Bundan öncə də Azərbaycan yaşıl həyatı, enerjini, ətraf mühitin qorunmasının vacibliyini təbliğ edən tərəf idi. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra gördük ki, Azərbaycanın torpaqları yalnız işğal altında saxlanılmayıb, eyni zamanda ölkəmizin flora-faunası məhv, talan edilib, dağıdılıb. Meşə massivləri, demək olar, yox vəziyyətindədir. Azərbaycanın bu günə qədər ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlər uğurla başa çatıb. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dönəmində də yeni meyarlar ortaya qoya bildi, haqq-ədalətin bərpası ilə bağlı mühüm çağırışlar etdi. Bu çağırışlar dünya dövlətləri tərəfindən dəstəkləndi. COP29-un Azərbaycanda keçirilməsinə də hər kəs yekdilliklə səs verdi, bütün dövlətlər Azərbaycanın ev sahibliyini dəstəklədi. Bu, Azərbaycanın gücüdür, yaratdığı yeni reallıqlardır. Azərbaycanın yaşıl enerji ölkəsinə çevrilməsinin göstəricisidir. Azərbaycan yaxın gələcəkdə Avropanı yaşıl enerji ilə təmin edə biləcək dövlətə çevriləcək. Bu baxımdan, COP29-un ölkəmizdə keçirilməsi Azərbaycan diplomatiyasının, daxili və xarici siyasətinin uğurudur, Ali Baş Komandanımızın növbəti qələbəsidir".

 

Politoloq Rəşad Bayramov isə bildirib ki, dünyanın ən böyük beynəlxalq konfransı COP29-da 100-dən çox dövlətin nümayəndəsinin, xüsusilə, ətraf mühitin mühafizəsi, ekologiya, yaşıl enerji sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin, ümumilikdə, 70 min dən artıq qonağın iştirakı gözlənilir:

Xaricdən

"Bu, bir çox göstəricilərinə görə kifayət qədər yüksək səviyyəli tədbir hesab olunur. COP29 həm siyasi, həm enerji sektorunun, həm də miqrasiya sahələrinin inkişafı nöqteyi-nəzərindən çox vacib tədbirdir. Təcrübə göstərir ki, iqlim dəyişmələri ilə bağlı konfransların, sessiyaların keçirildiyi dövlətlərdə sonrakı mərhələlərdə məhz həmin sahələrdə çox ciddi irəliləyişlər müşahidə olunur. Ölkəmiz onsuz da iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə aparıcı yerlərdən birini tutur. Elə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35%, 2050-ci ilə qədər isə 40% azaldılmasının hədəf kimi götürülməsi, eləcə də işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur, o cümlədən Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması da bunun bariz göstəricisidir. Ölkəmizin COP29 beynəlxalq konfransına ev sahibliyi etməsi malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından da önəmlidir. Şübhə yoxdur ki, siyasi nöqteyi-nəzərdən konfransın ölkəmizdə keçirilməsi beynəlxalq münasibətlər sistemində məhz Azərbaycanın rolunun daha da inkişafına və onun yerinin güclənməsinə gətirib çıxaracaq. Bu cür yüksək səviyyəli tədbirlər həm də imkan verir ki, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı yaratdığı reallıq təhrif edilmədən bir daha dünya ictimaiyyətinə çatdırılsın və geosiyasi maraqlarından asılı olmayaraq, hər kəs görə bilsin ki, Azərbaycanın bərpa etdiyi tarixi ədalətin təməlində beynəlxalq hüququn aliliyinə inam dayanır. Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir. Bu tədbirin keçirilməsi nəticəsində ölkəmizin dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirəcəyi şübhəsizdir. Eynilə beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsində də COP29-un əhəmiyyəti danılmazdır. Azərbaycan tərəfi bu tədbirin uğurla keçirilməsi üçün artıq beynəlxaq təşkilatlarla, ümumiyyətlə, bütün BMT strukturları ilə yaxından əməkdaşlıq edir. Keçiriləcək tədbirə ayrı-ayrı ölkələrdən və beynəlxalq qurumlardan ətraf mühitin mühafizəsi, ekologiya, yaşıl enerji sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin qatılması isə yeni əməkdaşlıqlar üçün real imkanlar açacaq".

 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.

 

 Aytəkin Qardaşova

 

Tarix: 4 May 2024, 11:35   

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8123
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5250
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5064
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4818
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4579
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3761
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3086
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2796
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2764
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2721
Sabah 20 dərəcə isti olacaq
2667
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2287
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2249
Röyanın biabırçı videosu yayıldı
2189
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2100
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2067
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1837
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1709
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1673
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1611