AZ

Hacının son durumu - Gözünün şişi çəkildimi?

“Özümü yaxşı hiss edirəm”.

Sportinfo.az xəbər verir ki, bu barədə İgüləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionunu Hacı Əliyev özü məlumat verib.

H.Əliyev bildirib ki, hazırda səhhəti yaxşıdır:

“Gözümün müalicəsi artıq bitib, üzümdəki şiş də artıq gedib. Müəyyən zədələrim var ki, qalmaqda davam edir.

Amma onlar da zamanla düzələcək. Məşqlərə başlamışam. Paris-2024 Yay Olimpiya Oyunlarına qədər tam hazır olacağam”.

H.Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında fransalı rəqibi Həmzət Arsamerzoyevlə görüşəndə qaşı partlayıb və tikişdən sonra gözünə mikrob düşüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla