AZ

BMT baş katibi jurnalist ölümlərindən narahatdır

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres jurnalistlərin öz işlərini görərək həyatlarını riskə atdıqlarını və Qəzza zolağında İsrail ordusu tərəfindən öldürülən jurnalistlərin sayından şokda olduğunu deyib. Məlumatı “Anadolu” yayıb. 

Quterreş Dünya Mətbuat Azadlığı Günü münasibətilə videomüraciət dərc edib. O, dünyanın misli görünməmiş ekoloji fəlakət yaşadığına diqqət çəkərək, bunun həm indiki, həm də gələcək nəsilləri təhdid etdiyini qeyd edib.

“Təəccüblü deyil ki, bəzi nüfuzlu şəxslər, şirkətlər və təşkilatlar ətraf mühitlə bağlı reportyorların qarşısını almaq üçün əllərindən gələni edirlər”, - deyən baş katib mətbuatın insanları mövcud vəziyyətlə bağlı məlumatlandırmaq və maarifləndirmək öhdəliyi olduğunu qeyd edib.

P.ƏMİRCANOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla