AZ

Azərbaycandan Ermənistana keçən lənətlər - SİYAHI

Mən deyərdim ki, gələcəkdə olanları anlamağın ən yaxşı yolu mütləq tarixdə baş verənləri təkrar analiz etməkdən keçir. Yəni mümkün deyil ki, hansısa hadisə ilk olsun, ümumiyyətlə, bir neçə dövrü bölgü var. Son dəfə ölkəmizdə onun peşəkar təsnifatını dəyərli İbrahim Məmmədov"Üç əsrin alqoritmləri və ya tarix necə təkrarlanır" kitabında verib.

Kaş, İbrahim müəllim həmin kitabın son ilini 2019-da saxlamaya, çünki sonrakı dövrdə elə şeylər yaşandı ki...

-Hazırda Ermənistanda çadır şəhərciklərinin sayı artmaqdadadır.

-Hazırda Ermənistanda ən çox danışılan mövzu humanitar yardımdır.

- Hazırda Ermənistanda ən çox səslənən söz Nikol "türk"dür sözüdür.

- Hazırda yerli məmurlar maliyyə qurumları tərəfindən ayrılan resursları mənimsəməklə məşğuldurlar.

- Hazırda Ermənistanda ən çox satılan aparat meqafondur.

- Hazırda Ermənistanda ən çox deyilən şüar "İs-te-fa"dır.

- Hazırda Ermənistanda cəmiyyətin aparıcı və idarəedici sosial qrupu polislərdir.

- Hazırda Ermənistanda müxalifət adına şans gözləyən onların Xalq Cəbhəsi sayılan "Daşnaküstun" və İşxan Saqatelyan kimilərdir.

_ Hazırda Ermənistanda kişilər ən çox hərbi kitellərə üstünlük verirlər.

_ Hazırda Ermənistanda ən çox "Samosval" maşınlarına ehtiyac duyulur.

_ Hazırda Ermənistanda daha çox könüllü taborları (Bizim üçün terrorçu dəstələri), saç-saqqal basmış sərxoş kişilərin toplnama məntəqələri bol -boldur.

_ Hazırda Ermənistanda qaçaq araq, siqaret və benzin dövründə yaşayır.

_ Hazırda Ermənistanda əsgər gülləsini verib, bir buxanka çörək aldığı dövrü yaşamaqdadır.

Əziz Əlibəyli

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla

Reytinq