AZ

Qorbaçova verilən mükafat Navalnıya da veriləcək- SENSASİON FAKTLAR



Rusiyanın həbsdə ölən keçmiş müxalifət lideri Aleksey Navalnı Drezden Sülh Mükafatına layiq görüləcək.

Musavat.com bu barədə “Deutsche Welle”ə istinadən xəbər verir.

Qeyd olunur ki, mükafatlandırma mərasimi mayın 12-də baş tutacaq. Mərasimdə çıxışı Almaniyanın keçmiş prezidenti Yoahim Qauk söyləyəcək.

Agentliyin məlumatına görə, Qauk müxalifətçini "bütün layiqli rusların simvolu" kimi qiymətləndirəcək. 10 min avro mükafatı onun dul arvadı Yuliya Navalnaya qəbul edəcək.

“Müxalifət siyasətçisinin müqaviməti onun fəaliyyətini davam etdirən bütün hüquq müdafiəçiləri üçün ruhlandırıcı nümunə olub və belə də qalır”,- deyə təşkilat qrupu 2024-cü il mükafatının ölümündən sonra verilməsinin səbəbini belə əsaslandırıb.

Qeyd edək ki, Drezden Sülh Mükafatı 2010-cu ildən bəri hər il verilir. 2024-cü ilə qədər mükafatlandırma mərasimi Drezdendə 13 fevral - Müharibəni Anma Günündə Semper Opera Teatrında keçirilirdi. Bu il mükafat ilk dəfə mayın 12-də Dövlət Drezden Teatrında təqdim olunacaq. Mükafat Almaniyanın SAP şirkətinin həmtəsisçisi Klaus Tschira Fondu tərəfindən maliyyələşdirilir. Drezden Sülh Mükafatı hər il sülh və beynəlxalq anlaşma işinə görkəmli töhfələr vermiş şəxslərə verilir. Əvvəlki mükafatçılar arasında keçmiş SSRİ prezidenti Mixail Qorbaçov, israilli pianoçu və dirijor Daniel Barenboim, amerikalı sənədli rəssam Ceyms Naxtvi, hərbi analitik və məlumat verən Daniel Ellsberq var.

Cavanşir ABBASLI

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8686
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5446
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5258
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5069
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4873
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3879
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3143
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2997
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2920
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2804
Sabah 20 dərəcə isti olacaq
2757
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2326
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2315
Röyanın biabırçı videosu yayıldı
2306
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
2266
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2133
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2120
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2049
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1718
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1702