AZ

Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair müfəssəl plan hazırlayıb, lakin onu seçkiyə qədər açıqlamayacaq.

Moderator.az xəbər verir ki, bunu "Daily Telegraph" siyasətçiyə yaxın anonim mənbəyə istinadən yazıb.

Mənbənin sözlərinə görə, Tramp ABŞ seçicilərini cəlb etmək məqsədi ilə müharibəni bitirəcəyinə dair bir mesaj verəcək.

Aprelin sonunda Tramp “Time” qəzetinə müsahibəsində deyib ki, əgər Avropa işə qarışmasa, seçiləcəyi təqdirdə Ukraynaya yardım etməyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla