AZ

Universitet tələbələri Qəzzaya görə aclıq aksiyası keçirir

ABŞ-nin Prinston Universitetinin şəhərciyində bir qrup tələbə İsrailin Qəzzada dinc sakinləri öldürməsinə və hər cür əsas qidadan məhrum olmasına cavab olaraq aclıq aksiyasına başlayıb.

"Cebhe.info" xəbər verir ki, ABŞ-nin Nyu-Cersi ştatında Prinston Universitetinin tələbələri tərəfindən yaradılmış Fələstin həmrəyliyi düşərgəsinin üzvləri mətbuata bəyanatla çıxış ediblər.

Bəyanatda deyilir: “Biz Qəzzada İsrail dövlətinin davam edən mühasirəsi altında əziyyət çəkən milyonlarla fələstinli ilə həmrəylik olaraq aclıq aksiyasına başladıq. Bu aksiya ABŞ administrasiyasının İsraildən dəstəyini geri çəkməyə dair tələblərimizi yerinə yetirməkdən imtinasına cavabdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla