AZ

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

İspaniyada ənənəvi öküz döyüşləri - korrida üzrə milli mükafat ləğv edilib.

"Cebhe.info" xəbər verir ki, İspaniya Mədəniyyət Nazirliyi heyvanlara qarşı amansız davranışa görə mükafat verilməsini qeyri-etik hesab edib.

Nazirlik İspaniyada heyvanların rifahı ilə bağlı narahatlıqların artdığını və yeni mədəni və sosial reallığın olduğunu bildirib.

İspaniyada öküz döyüşü son illərdə daimi siyasi müzakirələrə səbəb olub. Mədəniyyət Nazirliyi bu mükafatın verilməsini ləğv etdikdən sonra da yenidən müzakirələr başlayıb. 

Siyasi olaraq sağçı partiyalar tərəfindən dəstəklənən öküz döyüşü 2013-cü ildə Senat tərəfindən qəbul edilən qərarla İspaniyanın “mədəni irsi” elan edilib.  İspaniyada hər il 800-dən çox korrida keçirilir. Bildirilir ki, bu güləş yarışları üçün dövlət subsidiyaları ildə 500 milyon avro təşkil edir.

Qeyd edək ki, matadorlara verilən mükafatın məbləği 30 min avrodur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla