AZ

Paraşütlə yardım atmaq istədilər, amma sanki bomba atdılar: Çoxlu ölü və yaralı var

İsrailin hücumlarını davam etdirdiyi Qəzzanın şimalına havadan atılan humanitar yardım qutularını daşıyan paraşütlərin açılmaması və ərazidə gözləyən fələstinlilərin üzərinə düşməsi nəticəsində çoxlu sayda şəhid və yaralı olduğu bildirilib.

Publika.az xəbər verir ki, bu barədə Qəzza Mülki Müdafiə Birliyinin mətbuat katibi Mahmud Basal yazılı açıqlama verib.

Basal şəhid və yaralananların sayı və yardımı yerə endirən təyyarələrin hansı ölkəyə aid olduğu barədə məlumat verməyib.

Xatırladaq ki, martın 8-də də Qəzza zolağında oxşar hadisə baş verib. Təyyarələrlə havadan atılan yardım qutularının ərazidə gözləyən insanların üzərinə düşməsi nəticəsində 5 fələstinli həyatını itirib, çox sayda insan isə yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
Mənbələr
Şərh ()
Bağla

Reytinq