AZ

Xüsusi təyinatlılar futbolçulara və azarkeşlərə atəş açdı

style='margin-bottom:10px;'>

Paraqvayın 4-cü divizionu çərçivəsində “25 sentyabr” komandasının “29 sentyabr”ı insident baş verib.

QOL.az xəbər verir ki, matçda qonaq komandanın futbolçularına və azarkeşlərinə atəş açılması ilə nəticələnən insident yaşanıb.

Görüş zamanı hakimin mübahisəli qərarı "29 sentyabr" oyunçularını və azarkeşlərini qəzəbləndirib. Onlar hesab ediblər ki, hakim final fitini vaxtından əvvəl səsləndirib. V

Vaxtında gələn çevik qüvvələr atəş açaraq qəzəbli kütlənin qarşısını ala biliblər.

Qeyd olunur ki, bundan sonra qonaq komandanın iki azarkeşi orta dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib. Matçın baş hakiminin özü isə xəsarət almamaq üçün komandalardan birinin paltardəyişmə otağına sığınıb. Paraqvayın Quarambara şəhərinin polis idarəsi hücum edənlərin matç hakimini öldürməyə cəhddə ittiham olunduğunu bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla

Reytinq