AZ

İtlər avtomobilə 5000 min manat ziyan vurdu - VİDEO

Pişiyi tutmaq istəyən itlər avtomobilə küllü məbləğdə ziyan vurublar. Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Florida ştatında baş verib. Bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Kadrlarda, iki boz itin park edilmiş avtomobilin sol qanadaltlığını dişləri ilə qopardıqları və nəqliyyat vasitəsinin ön hissəsinə ciddi ziyan vuruduqları görülür.

Yerli KİV-in məlumatına görə, itlərin avtomobilə hücüm etməsinə səbəb pişik imiş.

Belə ki, itlərdən qaçan pişik avtomobilin mühərrik hissəsinə girərərək orada gizlənib. Pişiyi tutmaq istəyən itlər avtomobilin ön buferinə, ön qanadlarını və iki təkərinə ziyan vurublar.

Avtomobil sahibi bildirib ki, ona ümumillikdə 3000 dollar (red. 5100 manat) məbləğində maddi ziyan dəyib. 

"Əgər itlər metalı bu vəziyyətə gətiriblərsə, görün insana nə edərdilər” – deyə maşın sahibi söyləyib.

 

Namiq Musayev

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla