AZ

“Kəpəz”in 4 futbolçusu “Sumqayıt”la oyunu buraxacaq

“Kəpəz”in 4 futbolçusu – Georgi Papunaşvili, Amil Yunanov, Vüsal Məsimov və Mate Kvirkviya bugünkü “Sumqayıt”la görüşü buraxacaq.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Adil Şükürovun çalışdırdığı komanda Premyer Liqanın 33-cü turu çərçivəsində baş tutacaq “Sumqayıt”la oyuna itkilərlə çıxacaq.

Belə ki, zədə səbəbindən 4 futbolçu oynaya bilməyəcək. Georgi Papunaşvili, Amil Yunanov, Vüsal Məsimov və Mate Kvirkviya zədəsini sağaltmaqla məşğul olduğu üçün, bu tur meydana çıxa bilməyəcəklər.

Xatırladaq ki, “Kəpəz” “Sumqayıt”la bu gün Tovuz şəhər stadionunda üz-üzə gələcək. Oyuna saat 16:30-da start veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq