AZ

“Milan”dan “Napoli”yə

“Milan”ın baş məşqçisi Stefano Piolinin yeni klubu bəlli olub.

İdman.biz xəbər verir ki, mövsümün sonunda “rossonyeri”dən ayrılacaq mütəxəssis A seriyasının digər klubunda çalışacaq.

Pioli “Napoli”nin “sükanı arxası”na keçəcək. 58 yaşlı çalışdırıcı yeni klubunda Françesko Kalsonanı əvəzləyəcək. Neapol təmsilçisi yeni baş məşqçisi ilə 2+1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, “Napoli”nin Kalsona ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla