AZ

Müttəfiqlərdən Baydenin kobud səhvinə reaksiya

ABŞ prezidenti Baydenin bəyanatları Vaşinqtonu Asiyadakı müttəfiqləri ilə fikir ayrılığına salıb.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Co Baydenin ölkəsinin yaxın müttəfiqi olan Çin və Rusiya, eləcə də Hindistan və Yaponiyanı “ksenofob ölkələr” kimi təyin etməsi mübahisələrə səbəb olub.

Bayden bu həftə bir kampaniya tədbirində Rusiya, Çin, Hindistan və Yaponiyanın əcnəbiləri istəmədiyini söylədi. Ağ Ev ABŞ prezidentinin aqressiv bəyanat vermədiyini, sadəcə ABŞ-ın immiqrasiya siyasətini vurğuladığını iddia etmişdi.

Baydenə reaksiya ABŞ-ın müttəfiqləri Hindistan və Yaponiyadan gəldi.

Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar, Baydenin açıqlamalarını rədd etdiklərini və ölkəsinin açıq cəmiyyət olduğunu bildirib.

Yaponiyanın ABŞ-dakı səfirliyi öz bəyanatında Baydenin sözlərini “çox uğursuz və əsassız” adlandırıb.

Bayden keçən ay Yaponiyanın baş naziri Fumio Kişida ilə görüşdü və ABŞ-Yaponiya ittifaqının çox güclü olduğunu söylədi.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla