AZ

Ağstafada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş sərbəst güləş üzrə uşaq və yeniyetmələr arasında region birinciliyi keçirilib

Ağstafa Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, YAP Ağstafa rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ağstafa şəhər 3 saylı tam orta məktəbin idman zalında keçirilən region birinciliyində Gəncə şəhəri, Ağstafa, Şəmkir və Qazax rayonlarından ümumilikdə 110 güləşçi gücünü sınayıb.

İdman tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Yarışın startından əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən region birinciliyində uğur əldə edən idmançılar müvafiq diplom və medallarla təltif olunublar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq