AZ

Sanders: Fələstinlə bağlı etiraz edən tələbələri dəstəkləyirəm

ABŞ-ın müstəqil senatoru Bernie Sanders ölkədəki universitetlərdə Fələstinə dəstək nümayişləri təşkil edən tələbələrin yanında olduğunu bildirib.

Publik.az xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərindəki Kolumbiya Universitetində Fələstinə dəstək nümayişlərinin digər universitetlərə də sirayət etməsindən sonra senator Sanders "X" sosial media platformasında açıqlama verib.

"Qəzzada müharibəyə etiraz edən tələbələri görməkdən qürur duyuram. Dinc və qətiyyətli olun. Siz tarixin doğru tərəfindəsiniz”, - Sanders deyib.

Xatırladaq ki, ABŞ-ın bir çox böyük universitetlərində Fələstinə dəstək üçün tələbə etirazları hələ də davam edir. Polis son 2 həftə ərzində bəzi müəllimlər də daxil olmaqla təxminən 2200 nəfəri saxlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla