AZ

AİB artıq Azərbaycana COP29 üzrə texniki yardım göstərməyə başlayıb - Baş direktor

Tbilisi. Trend:

Asiya İnkişaf Bankı (AİB) artıq Azərbaycana COP29 üzrə texnikiyardım göstərməyə başlayıb.

Bu barədə Trend-in sualına cavab olaraq, AİB-in Mərkəzi və QərbiAsiya üzrə baş direktoru Yevgeni Jukov AİB-in Tbilisidə keçirilənillik toplantıları çərçivəsində brifinqdə deyib.

"AİB Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün seçilməsindənməmnundur. Bəziləri bu seçimi tənqid edə bilər, çünki Azərbaycanneft və qazla zəngin ölkədir. Lakin bizim tamamilə əksnöqteyi-nəzərimiz var. Bu, ev sahibliyi edən ölkəyə karbon qazıtullantılarının azaldılması üzrə təşəbbüs irəli sürmək üçün böyükstimul verir", - o deyib.

Jukov xatırladıb ki, AİB prezidenti COP29-un Azərbaycandakeçirilməsini dəstəklədiyini bildirib.

"AİB COP29-da uğurlu danışıqlar aparmaq üçün hökumətinpotensialını gücləndirmək üçün texniki yardımın göstərilməsinəartıq başlayıb", - deyə o əlavə edib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası builin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərarCOP28-in ötən il dekabrın 11–də Dubayda keçirilmiş plenar iclasındaqəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcəkvə 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlimsisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ciilin iyununda Rio-de-Janeyro şəhərində keçirilmiş Yer Sammitindəimzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturununingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir.

Konvensiyanın tərəfləri 198 ölkədir. Əgər tərəflərin fərqliqərarı olmazsa, COP hər il keçirilir. COP-un ilk tədbiri 1995-ciilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərindəyerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
1
Mənbələr
Şərh ()
Bağla