AZ

İsa Qəmbər 10 ildən sonra yenidən başqan seçildi - 279 səslə

2014-cü ildə Müsavat Partiyasının başqanlığından gedən İsa Qəmbər yenidən başqan postuna seçilib.

Musavat.com bildirir ki, bu gün Müsavat Partiyasının XI qurultayı keçirilib. Qurultayda sərbəst Məclis üzvləri, Divan üzvləri, Mərkəzi Nəzarət Komissiya üzvləri və yeni başqan seçkisi keçirilib. Seçkidə 282 nəfər iştirak edib, onlardan 3 nəfər əleyhinə, 279 nəfər isə İsa Qəmbərin xeyrinə səs verib.

Beləliklə, başqan postuna yeganə namizəd olan İsa Qəmbər yenidən partiya başqanı seçilib.

Xatırıqdaq ki, 1957-ci il təvəllüdlü İsa Qəmbər milli azadlıq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı, 1992-1993-cü illərdə sədri olub, 1992-ci ilin mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1992, 1995, 1997, 2001 və 2006-cı illərdə Müsavat Partiyasının başqanı seçilib.

Xalidə Gəray
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
50
Mənbələr
Şərh ()
Bağla