AZ

Xüsusi mühafizə olunan təbiət ərazilərinin tanıdılması məqsədilə görüşlər keçirilib - FOTO

Regionlarda yaşayan əhalinin xüsusi mühafizə olunan təbiət əraziləri barədə məlumatlılıqlarının artırılması məqsədilə mütəmadi görüşlər keçirilir. 

Növbəti görüşlər çərçivəsində Balakən rayonu S.Qurbanov adına Katex kənd 1 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdləri Zaqatala Dövlət Təbiət muzeyinə, Quba rayonu Tülər kənd tam orta məktəbin şagird və müəllim kollektivi Şahdağ  Milli Parkına, Xaçmaz rayon Qalağan kənd orta məktəbinin şagirdləri Samur-Yalama Milli Parkına ekskursiyalar edib.
Şagirdlərə xüsusi mühafizə olunan təbiət əraziləri barədə ətraflı məlumat verilib, ətraf mühitin mühafizəsində gənc nəslin aktiv fəaliyyətinin vacibliyi vurğulanıb və onlarla birgə iməciliklər təşkil olunub.Ekologiya.az


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla