AZ

107 yaşlı veteranın uzunömürlük sirri


Britaniya sakini 107 yaşlı veteran Frenk Çaster uzunömürlülüyünün sadəsirrini açıqlayıb.

“Medicina” xəbər verir ki, Vusterşirdə qocalar evində yaşayan Çester bu apreldə 107 yaşını qeyd edib.


Uzun ömrünün sirrini o imanda, inamda görür.


“İlahi mənə qarşı həmişə çox xeyirxah olub. Mən hər səhər dua oxuyuram, şükür edirəm ki, daha bir günü yaşamaq şansı verdi”.


2 müharibə görmüş veteran Lili adlı qadınla evlənib: “O mənim həyatımda baş vermiş ən gözəl nemət idi” – deyə arvadını xatırlayır.


Aygün Musayeva

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
6
Mənbələr
Şərh ()
Bağla