AZ

"ÇL-də finala çıxaraq uşaqlıq arzumuzu reallaşdırmaq imkanımız var"

"Bavariya"nın hücumameyilli yarımmüdafiəçisi Tomas Müller mayın 8-də "Real"a qarşı keçiriləcək Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu haqda danışıb.

Sportal.az xəbər verir ki, "ZDF"ə danışan almaniyalı forvard Madriddə baş tutacaq cavab görüşü barədə də ümidlidir:

"Real"a qarşı Çempionlar Liqası matçı zamanı stadionda hökm sürən fantastik atmosfer məni heyran etdi. Bunun üçün bütün "Bavariya" azarkeşlərinə çox təşəkkür edirəm. Cavab matçında vəziyyət aydındır. Qalib irəliləyəcək. Beləliklə, oyun final xarakteri daşıyacaq. Çərşənbə günü Çempionlar Liqasında finala çıxaraq uşaqlıq arzumuzu yerinə yetirmək imkanımız var. Bunun üçün hər şeyi verəcəyik",

Xatırladaq ki, Münhendə keçirilən ilk oyun 2:2 hesabı ilə heç-heçə başa çatıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla