AZ

Tacikistan və Özbəkistan arasında ümumi sərhədin demarkasiyası müzakirə olunub

Tacikistan-Özbəkistan Birgə Demarkasiya Komissiyası qrupları ümumi dövlət sərhədinin işarələnməsi prosesinə həsr olunmuş iclas keçirib.

APA xəbər verir ki, Düşənbədə keçirilən görüşlə bağlı Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tərəflər sərhədin demarkasiyası xətti ilə bağlı bir-birlərinin razılaşdırdıqları təkliflər layihəsini hazırlayıblar.

İclasın sonunda nümayəndələr müvafiq protokolu imzalayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
1
Mənbələr
Şərh ()
Bağla