AZ

Moskvada yeniyetmə faciəvi şəkildə ölüb

Moskvada, Moskva Dəmiryolunun Kiçik Dairəvi stansiyası yaxınlığında ölü tapılan yeniyetmənin faciəli ölümünün səbəbləri araşdırılır.

SİA xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Qərb Regionlararası İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatına görə, mayın 4-də şənbə günü səhər saatlarında Andronovka dəmir yolu stansiyasının yaxınlığında məktəblinin meyiti aşkar edilib.

Müstəntiqlər mərhumun bədənində elektrik cərəyanı izləri qeydə alıblar.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü hissəsi ilə cinayət işi başlanıb.

Hazırda yeniyetmənin ölümcül xəsarətləri ilə bağlı bütün hallar müəyyən edilir.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
Mənbələr
Şərh ()
Bağla