AZ

Ten Haqla bağlı qərar verildi

Erik ten Haq ilə bağlı şayiələrə son qoyulub. O, “Mançester Yunayted”i növbəti mövsümdə də çalışdıracaq.

Niderlandlı mütəxəssisin İngiltərə klubundakı işini davam etdirəcəyini “The Athletic” qəzeti xəbər verir. Rəhbərlik yeni mövsümün startında komandanın başında hazırkı məşqçinin olmasını planlaşdırır.

MY-nin yeni sahibləri hesab edirlər ki, Ten Haq komandanın bu mövsüm uğur qazanmasına kömək edəcək lazımi şəraitlə təmin olunmayıb. Bundan əlavə, onlar maliyyə aspektini də nəzərə alırlar. Məşqçini işdən çıxarmaq və yenisini tapmaq əlavə sərmayələr tələb edəcək. bu isə klub üçün itki deməkdi.

Yeri gəlmişkən, “Mançester Yunayted” premyer-liqada 34 oyundan sonra 54 xalla 6-cı yerdədi.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla