AZ

HƏMAS İsraillə atəşkəsin birinci mərhələsinə razılıq verməyə hazırdır - KİV

Bakı. Trend:

Fələstinin "HƏMAS" hərəkatı hətta daimi atəşkəs zəmanəti olmasabelə, İsraillə təklif olunan nizamlama sazişinin birincimərhələsinin həyata keçirilməsinə razılıq verməyə hazırdır.

Trend-inməlumatına görə, bu barədə "The Times of Israel" nəşri mənbələrəistinadən bildirib.

"HƏMAS ilk dəfə olaraq hərbi əməliyyatlara son qoyulmasızəmanəti olmadan birinci mərhələnin başlanmasına razılıq verməyəhazır olduğunu nümayiş etdirdi", - deyə qeyd olunub.

Ərəb KİV-ləri bildiriblər ki, Qahirədə keçirilən danışıqlardaMisirin təklif etdiyi atəşkəs sazişi müzakirə olunub. Birincimərhələnin 40 günə qədər davam edəcəyi və Qəzza zolağındasaxlanılan 128 girovdan ən azı 33-nün fələstinli girovlarmüqabilində azad ediləcəyi gözlənilir. Bundan əlavə, birincimərhələ İsrail Müdafiə Qüvvələrinin anklavın bəzi hissələrindənçıxarılmasını nəzərdə tutur.

Yaxın Şərq mediası mənbələrə istinadən yazıb ki, tərəflərrazılıq əldə etməyə yaxındırlar, HƏMAS Misirin təkliflərinə “yaxınsaatlarda” cavab verəcək.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
1
Mənbələr
Şərh ()
Bağla