AZ

Azərbaycan ilə Mərakəş arasında mövcud əməkdaşlıq gündəliyi müzakirə edilib (FOTO)

Bakı. Trend:

Mayın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri CeyhunBayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində MərakeşKrallığının xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəkimərakeşlilər naziri Nasser Bourita ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı AzərbaycanRespublikası və Mərakeş Krallığı arasında ikitərəfli münasibətlərinmüxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

İki ölkə arasında mövcud əməkdaşlıq gündəliyindən bəhs edənnazir Ceyhun Bayramov, Azərbaycan və Mərakeş arasında ticarət,enerji, təhsil və parlamentlərarası əlaqələr və digər sahələrdəəməkdaşlığın geniş inkişaf potensialının mövcudluğunu qeydedib.

Nazir Ceyhun Bayramov həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı(İƏT) və Qoşulmama Hərəkatı (QH) kimi çoxtərəfli platformalardahəyata keçirilən təmasların və bu platformalarda ölkələrinbir-birinin mövqeyinə göstərdiyi qarşılıqlı dəstəyin ikitərəflimünasibətlər üçün mühüm rol oynadığını qeyd edib.

Görüş zamanı nazirlər iki ölkə arasında ümumvətəndaşpassportları sahibləri üçün viza rejiminin aradan qaldırılmasıbarədə sazişi imzalayıblar.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
40
Mənbələr
Şərh ()
Bağla