AZ

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Göygöl, 4 may, AZƏRTAC

Azərbaycan cüdoçuları Göygöldə keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa Kuboku turnirinin ilk günündə 2 qızıl, 1 gümüş və 7 bürünc medal əldə ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qızların yarışında 40, 44, 48 və 52 kiloqram çəki dərəcələrində, oğlanların yarışında isə 50, 55, 60 və 66 kiloqram çəki dərəcələrində medalçılar bəlli olub. Məhəmmədəli Hüsiyev (50 kq), Nihad Məmişov (55 kq) qızıl, Fərid Qarayev (60 kq) gümüş, Özqan Quliyev (60 kq), Ramil Mahmudov (66 kq) və Səlim Sultanov (66 kq) bürünc medal, qızların yarışında isə Xədicə Abdullayeva (40 kq), Leyla Ələkbərova (44 kq), Aysun Məmmədova (52 kq) və Səmayə Yusifli (52 kq) bürünc medal qazanıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
15
Mənbələr
Şərh ()
Bağla