AZ

Heyrətamiz kainat: alimlərin araşdırması nədən xəbər verir?

Heyrətamiz

Səbəb əlaqəsini pozan, işıqdan daha sürətli hərəkət edən görünməz hissəciklər, həmçinin takionar kosmosda hökmranlıq edə bilər.

Reyting.az
xəbər verir ki, Amerika və Avropadan olan fiziklər, astronomlar və astrofizikanı araşdıran digər ölkələrin alimlər belə qənaətə gəliblər.

Kainatın qurulması haqqında yeni fikir irəli sürən alimlər onun müqayisəli və yeni bir modelini öyrənməklə bu sahəni çox geniş tədqiq ediblər. Belə bir elmi yükün altına girən dünya fizikləri bir müddət əvvəl kainata yenidən "göz gəzdirərək” müəyyən sınaqlar keçiriblər. Fiziklərin əksəriyyəti apardıqları müşahidələrdən heyrət doğuran nəticə əldə ediblər. Amerika və avropalı fiziklər öz tərəfdaşları olan alimlərlə, bu yöndə təcrübə keçmiş ideya ortaqları ilə razılaşmalı olublar.

Xatırladaq ki, hələ də nəzərdən keçirilməmiş, tam izahı verilmədən yeni bir elmi məqalədə həmin sahəni öyrənən fiziklər müasir dünyanın inkişaf etmiş elminə və alimlərə dəlillərlə sübut etməyə çalışırdılar ki, kainatımızda takionların hakim olması iddiası daha çox məntiqli, inandırıcı səslənir. Hazırda fiziklər məhz bu nəzəriyyəni irəli sürürlər.

Alimlərin əldə etdiyi son nəticənin izahında deyilir ki, takion adlandıran zərrəciklərin mahiyyəti superluminal sürətlə hərəkət edən hipotetik hissəciklərin daim kosmik məkanda işlək halda olmasıdır.

"SUNY Stony Brook" elmi müəssisəsinin əməkdaşı, Nyu-Yorkdakı Flatiron İnstitutunda astrofiziki Paul Sutter isə iddia edir ki, takionlar mövcud deyil. Sutterin məntiqinə görə, kosmik məkanda takionların mütləq şəkildə varlığı ideyası şübhəlidir. Alim deyib:

"Müşahidələrimiz bizə deyir ki, işıqdan daha sürətli hərəkət edən cisimlər keçmişdən gələcəyə doğru zaman axını haqqında bildiyimiz hər şeyi pozur. Lakin hipotetik hissəciklər hələ də fizikləri maraqlandırır. Axı belə bir proses necə mümkündür, bəlkə də səbəb əlaqəsi fikri səhvdir?".

Yeni tədqiqatın müəllifləri bu mübahisəli məsələyə digər həmkarlarından fərqli yanaşırlar. Onlar hesab edirlər ki, burada fikir ayrılığı ola bilməz, çünki əldə edilən nəticələr tam əksini göstərir.

Kosmosdakı prosesləri öyrənən ərəfələrdə heyrətamiz müşahidələri böyük təəccüblə qarşılayan və belə bir əhatəli sahəni tətqiq edənlərin, demək olar, əksəriyyətinin fikrincə, həqiqətən də bu takionlar xüsusiyyətlərinə, kütləsinə görə qaranlıq maddəyə bənzəyir. Deməli, əsas səbəb onların fəallığıdır. Elm adamları bu qənaətdədir ki, məhz əldə edilən ilkin nəticəyə istinad etməklə takionun mütləq mövcudluğuna və onun qaranlıq maddə olduğuna inanmaq, elə bu xətt üzrə tədqiqatlara davam etməyə dəyər.



Takionları kosmosun "Məsuliyyətli kiçikləri" adlandırmaq daha düzgün olar. Çünki takionlar kainatda məlum olan hər bir və yaxud da elmə tamamilə naməlum olan bir qalaktikanın həm kütləsinin əksəriyyətini təşkil edir, həm də takionlar normal maddədən beş dəfə çoxdur. Ancaq astronomlar, hələ də bu sahəni tamamilə araşdırmayan, sona qədər tədqiq etməyən fiziklər tərəddüd edirlər. Onlar konkret olaraq qaranlıq maddənin nədən ibarət olduğunu bilmirlər. Buna görə də elm adamları fərqli yeni ideyalar irəli sürür, hətta hərdən ağlagəlməz və çox qeyri-adi fərziyyələr səsləndirməkdən çəkinmirlər.

Tədqiqatçıların hesablamaları əsasında bildirilir ki, böyük təhlükə törətməsə də, takionlarla dolu olan bu kainatın yenidən genişlənməsi gözlənilən sürətlənmədən öncə yavaşlaya bilər. İndi kainat qaranlıq enerji səbəbindən sürətlənmiş fazadadır. Buna görə də takionun kosmoloji modeli həm qaranlıq enerjinin, həm də qaranlıq maddənin eyni vaxtda səbəbini və izahını vermək potensialına malikdir.

İrəli sürülən həmin nəzəriyyəni çox ətraflı və dərindən araşdıranlar, digər alimlərin söylədiyi fikirlərin nə qədər əhəmiyyətli olduğunu yoxlamaq üçün bu sahədə tədqiqatlar aparmış fiziklərin təklifi ilə La tipli modeli fövqəlnovaların müşahidələrində tətbiq ediblər. Məhz Tip La fövqəlnovaları sayəsində astronomlar ilk dəfə 1990-cı illərin sonunda kainatın genişlənmə prosesinin sürətləndiyini öyrəniblər. Bununla fiziklər takion kosmoloji modelinin maddə, həmçinin də qaranlıq enerjini ehtiva edən standart kosmoloji model kimi fövqəlnova məlumatlarının izahını verməklə ən əsas, yaxşı bir nəticə əldə etdiklərini bildirib, qeyri-adi bu tapıntı barədə açıqlama veriblər. İdeyanın qeyri-adi olduğunu nəzərə alsaq, bu təəccüblüdür, çünki takionlarla bağlı demək olar ki, elmdə öncə verilmiş məlumatlar istisna olmaqla, yeni heç nə məlum deyildi. Bu səbəbdən köhnə sual yenidən gündəmə gəlir. İndi hamı ancaq bir şey barədə soruşur: "Takion nədir? O varmı və hansı funksiyaları daşıyır?".

Takion, yaxud Bradion adlanan bu fiziki anlayış - işıq sürətindən də daha sürətlə hərəkət etdiyi iddia olunan hipotetik bir zərrəcik olduğu üçün tam spinə malikdir, yəni bosondur. Takion məkansızdır, daim hərəkətdə və işləkdir, onun zamanın hər yerində olduğu iddia edilir. Həmçinin də takionun, yaxud da takionların ən kiçik sürətinin işıq sürəti olduğu da deyilir. Takion düsturunun (v2/c2 = c2/c2 = 1) ilk dəfə almaniyalı alim Zommerfrild Arnold tərəfindən kəşf edildiyi iddia olunur, lakin ondan əvvəl S. Corcun, eləcə də F. Ceraldın bu barədə yazdıqlarını bildirənlər də var.

Bir çox fiziklərin fikrincə, ümumiyyətlə, takion nəzəriyyəsi tutarlı deyil, yəni elm adamlarına görə belə nəzəriyyə xəyali və elmi əsaslara söykənməyən ehtimallardır. Alimlər bunu belə əsaslandırırlar ki, hələ elm aləmində fotondan sürətli hissəciyin mövcud olması tam sübuta yetirilməyib. Takionlar Eynşteynin nisbilik nəzəriyyəsi qaydasındakı v.v/c.c sualın - cismin sürəti işıq sürətini aşarsa, nəticə nə olar sualına cavabdır. Elə bu səbəbdən də takionların kütləsini kompleks ədədlə ifadə edirlər: mtakion = 2.i. Eyni zamanda da v c-dən böyük olacaqsa, takionun ən aşağı sürəti c ola bilər, ancaq məntiqə görə tamamilə c sürətində ola bilməzlər, çünki bu zaman v.v/c.c = c.c/c.c = 1 olacağından düsturun cavabı anlaşılmaz ifadə şəklinə düşəcək.

Bununla bərabər daha bir məqam da var, digər cavab yoxdur, çünki məlum olduğu kimi kütləsinin kvadratı neqativ (mənfi) olan istənilən hissəcik takion zərrəcikləri adlanacaq və bu inkaredilməz tezis artıq modern fizikada olduğu kimi, müasir elm sahəsində də çox mühüm rol oynamağa başlayıb.

Takion həm tapmaca, həm də kainatla bağlı olan bütün sualların cavabıdır. Onu öyrənmək, onu müşahidə etmək fizikada sirlərə açar əldə etmək deməkdir. Müasir elmin gəldiyi son nəticələrə görə, takion zərrəciklərinin öyrənilməsi əslində sübut əldə etməyə yol açıb, yəni fizikləri düşündürən əsas suallara qismən cavab tapılıb. Potensial teoremlər, işıqdan daha sürətli hissəciklərin Lourentz sabitliyinin sürətlə qırılmasına səbəb olur, qırılmanın nəticəsində isə takion iştirakçıya çevrilir və daxil olmalara icazə verilir. Bu proses o anlama gəlir ki, hissəciklərin sürəti üçün işıq sürəti sərhəd deyil. Beləliklə, həqiqi dünya üçün sərhəd olan işıq sürəti öz dəyərini qoruyur. Bundan çıxan nəticə isə takionların varlığının fizika, həmçinin cəbr qanunlarına zidd olmadığını sübut edir. Bunu takionların varlığına dəlil kimi göstərənlər də var. Göstərilən bu (v) > (c) dəyərlərinin zaman nəzəriyyəsinin içində yerinə yetririlməsi nəticəsində isə zaman qavramının takionlar üçün kütlə kimi tam mücərrəd olduğunu göstərir. Bu fikirlərlə razılaşanlar, uzun illər bu sahəni öyrənib kainatı tədqiq edən alimlər də bildirirlər ki, zamanın keçərli olmadığı halda içində zamanın oxu olan entropiyadan söhbət gedə bilməz. Məhz elə bu səbəbdən də nizamı pozan takionlar heç vaxt kainatı həqiqi kainatın əksinə formalaşdıra bilməzlər, əksinə, çəkinin onlara təsir etmədiyindən daha da genişlənərlər. Beləcə, başlanılan nöqtəyə geri qayıdan yox, ancaq sonu və ucu-bucağı olmayan heyrətamiz takion kainatı mövcuddur. Həmçinin takionların enerjisi azaldıqca sürətləri də aşağı enir.

Takion işıqdan sürətli olduğundan onu görmək olmur. Lakin o, keçdikdən sonra iki işıq: biri müşahidəçiyə yaxınlaşan kürə, digəri isə müşahidəçidən uzaqlaşan kürə görünür. Bütün bunlar, alimlərin apardığı elmi tədqiqatlar və müşahidələr bir daha sübut edir ki, kainatı "işlədən" takionlar mövcuddur.

Oqtay QORÇU

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla