AZ

“Rəqibi düzgün qiymətləndirmədik və bunun cəzasını çəkdik”

Kişi basketbolçular arasında ölkə çempionatının pley-offunda "Sərhədçi" "Xəzri"ni71:64 hesabıyla məğlub etməklə ümumi hesabı bərabərləşdirib.

Tərəflər arasında keçirilən ilk dueldən "Xəzri" qələbə ilə ayrılmışdı - 98:64. Üçüncü oyun isə bu gün keçiriləcək. Yarışın qaydalarına uyğun olaraq, ardıcıl iki qələbə qazanan komanda növbəti mərhələyə vəsiqə qazanır. Oyun haqda fikirlərini öyrənmək üçün "Xəzri"nin baş məşqçisi Murat Dikmənə müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:

"Həmişə gözləntiləri yüksək tutmaq lazımdı. Pley-offda oynayan hər bir komanda çox dəyərlidi.Hər matçın ssenarisi fərqli olduğu üçün hər oyuna ayrıca hazırlaşmaq lazımdı. İkinci görüşdə hücumda çox zəif oynadıq. Məğlubiyyətin ən böyük səbəbi bu idi. İlk oyunda hər şeyi etmişdik. Lakin ikinci oyunda rəqibi düzgün qiymətləndirmədik və bunun cəzasını çəkdik. 3-cü oyunda ruhi cəhətdən hazır olan komanda qalib gələcək. Mən belə matçlarda çox oynamışam. Özümə və komandama güvənirəm. Həmçinin rəqibə də uğurlar arzulayıram".


GÜNAY SÜLEYMANOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla