AZ

“Bakı Marafonu 2024” - FOTOLARDA

Xəbər verdiyimiz kim, Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024”ə start verilib.

 

Sfera.az-ın məlumatına görə, 7-ci dəfədir təşkil edilən marafonda 18 mindən çox iştirakçı yarışır.

 

“Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonun start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub.

 

Marafonda 200-dən çox fəxri qonaq, 6 mindən çox tələbə iştirak edir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələrdən də qoşulanlar var.

 

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər də iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla