AZ

Spiegel: Aİ-nin Qırmızı dənizdəki missiyası üçün gəmilər çatışmır

Qırmızı dəniz əməliyyat Aspides komandiri Vasilios Griparis missiyanı yerinə yetirmək üçün kifayət qədər gəmi olmadığı barədə xəbərdarlıq edib.

APA xəbər verir ki, “Der Spiegel” jurnalının öz mənbələrinə istinadən verdiyi məlumata görə, o, bu məlumatı ötən həftə Brüsseldə rəhbərliyə çatdırıb.

Onun sözlərinə görə, indi - "Hesse" freqatının Almaniyaya planlaşdırılmış səfərindən sonra onun sərəncamında üç gəmi qalıb:

“Onların köməyi ilə gündə yalnız dörd ticarət gəmisi Bab əl-Məndəb boğazından keçə bilər. Tapşırıqları effektiv yerinə yetirmək üçün 10 gəmi lazımdır”.

Griparis həmçinin bildirib ki, 100 günlük missiya zamanı 96 ticarət gəmisi müşayiət olunub, 12 pilotsuz təyyarə vurulub, husilər tərəfindən atılan bir raket vurulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
3
Mənbələr
Şərh ()
Bağla