AZ

Fransa ordusu Ukraynada döyüşür – Şok iddia

Fransa öz xarici legionundan Ukraynaya əsgər göndərib.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan “Asiya Tayms”dakı məqaləsində yazıb.

O bildirib ki, hazırda həmin hərbi qruplaşma Donbasda döyüşlərə başlayıb.

“Onlar Slavyanskda Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş 54-cü briqadasına dəstək məqsədilə yerləşdiriliblər. Həmin legion Donbasda rus ordusuna qarşı döyüşlərə qatılıb”, – o qeyd edib.

Brayan vurğulayıb ki, Moskva Ukraynada əcnəbi əsgərlərin sayının artması ilə barışmayacaq və ağır zərbə endirəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
15
Mənbələr
Şərh ()
Bağla