AZ

Xoşagəlməz hadisə ilə üzləşdi - Barda dava düşdü, çənəsini sındırdılar

Qabon millisinin və ABŞ-nin “Sinisinnati” klubunun futbolçusu Aaron Bupendza xoşagəlməz hadisə ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, afrikalı oyunçu barda peşəkar boksçu Kvaşaun Toler tərəfindən döyülüb.

Davada futbolçunun çənəsi sınıb.

Bu səbəbdən 27 yaşlı forvardın təxminən 2 ay futboldan uzaq qalacağı bildirilib.

Toler buna qədər peşəkar boksda 17 qələbə (12 nokaut) qazanıb, 2 döyüşdə isə məğlub olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla