AZ

Lukaşenko: "Mayda sülh olacaq"

"Tezliklə, may ayında sülh gələcək, qardaş xalqlar bir yerdə yaşayacaq".

"Cebhe.info" xəbər verir ki, bunu Belarus lideri Aleksandr Lukaşenko deyib.

 Lukaşenko bu bəyanatı Pasxa bayramı üçün getdiyi Dnepr çayının yaxınlığındakı Orşadakı Müqəddəs İlyas kilsəsində olarkən verib.

Onun sözlərinə görə, bu çay uzun müddət rusları, ukraynalıları və belarusları birləşdirib.

"May qardaş xalqımıza sülh bəxş etməlidir", - Belarus lideri qeyd edib. Lukaşenko əlavə edib ki, dualar vasitəsilə slavyan xalqlarının bir yerdə olacağı dövrlərə qayıtmaq mümkün olacaq.

Bundan əvvəl Rusiya lideri Vladimir Putin Pasxa bayramında qeyd edib ki, indi ciddi problemlər qarşısında xristian dini təşkilatları ehtiyacı olanlara yardım edir. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla