AZ

Kababı onunla əvəzləsəniz: Hər il 750 min insan ölümdən xilas olar

Qırmızı ət əvəzinə kilkə, sardina və siyənək kimi kiçik balıqların yeyilməsi qlobal xəstəlik nisbətlərini azalda və 2050-ci ilə qədər ildə 750000-ə qədər insanın həyatını xilas edə bilər. 

“Cebhe.info” xəbər verir ki, Britaniya alimləri yeni araşdırmada bu qənaətə gəliblər.

Rusiyalı endokrinoloq Zöhrə Pavlova özünün “Telegram” kanalında deyib ki, bu, emal olunmuş mal, donuz və quzu ətinə - kolbasa, vetçina, donuz və mal əti kabablara aiddir. Həkimin sözlərinə görə, kalsium, Omeqa-3 və B12 vitamini çatışmazlığı ürək  və digər ağır xəstəliklərə səbəb ola bilər. Kiçik dəniz balıqları məhz bu faydalı mikroelementlərlə zəngindir.

Alimlər proqnozlaşdırıblar ki, qırmızı ətin kiçik balıqlarla əvəzlənməsi 25 il ərzində dünyada hər il 750 000-ə qədər insanı vaxtından əvvəl ölümdən xilas edə bilər. Məlum olub ki, emal olunmuş ət istehlakının 8%-ni kiçik dəniz balıqları ilə əvəz etmək ürək-damar xəstəliklərindən ölüm hallarının 10%-nin qarşısını ala, insult, şəkərli diabet və bağırsaq xərçəngindən ölüm hallarını isə 1-2% azalda bilər.

Eyni zamanda, Pavlova ətdən tamamilə imtina etməyə çağırmır:

“Həftədə bir və ya iki dəfə yemək, digər günlərdə isə balıq, dəniz məhsulları və ya ağ ətə üstünlük verin”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
224
1
Mənbələr
Şərh ()
Bağla