AZ

PSV 25-ci dəfə

PSV Niderland çempionatında 2023/2024 mövsümünün çempionu olub.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Eyndhoven təmsilçisi sona 2 tur qalmış bu uğura imza atıb.

Eredivizyanın 32-ci turunda "Sparta"ya 4:2 hesabı ilə qalib gəlib. 87 xal toplayan PSV ən yaxın izləyicisi "Feyenoord"u 12 xal qabaqlayaraq, çempionluğu rəsmiləşdirib.

PSV tarixində 25-ci dəfə Niderland çempionatının qalibi olub. Komanda sonuncu dəfə 2017/2018 mövsümündə çempion titulunu qazanıb.

Qeyd edək ki, eynhovenlilər mövsümün son 2 oyununda "Fortuna" (12 may) və "Valveyk"lə (19 may) qarşılaşacaqlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
2
Mənbələr
Şərh ()
Bağla