AZ

Stefano Pioli “Milan”dakı işini qiymətləndirdi

“Milan”ın baş məşqçisi Stefano Pioli A Seriyasının 35-ci turunun “Cenoa” ilə qarşıdakı ev oyunu ərəfəsində mətbuat konfransı keçirib.

Arena.az “Football Italia” dərgisinə istinadən, məlumat verir ki, italyan mütəxəssis “rossoneri”nin düşərgəsindəki işini qiymətləndirib:

“Aydındır ki, mən təkcə skudettoya görə deyil, həm də müsbət və mənfi məqamların olduğu bu komandanı beş mövsüm çalışdırdığım üçün “Milan”ın tarixinin bir parçasıyam.

“Milan” kimi klubu çalışdıranda orta yol yoxdur. Məni ya təriflədilər, ya da tənqid etdilər”, deyə Pioli vurğulayıb.

İtalyan mütəxəssi cari mövsümün sonunda “Milan”dan ayrılıb “Napoli”yə gedəcəyi ilə bağlı yayılan xəbərlərə də münasibətini bildirib:

“Növbəti dörd oyundan başqa heç bir fikirim yoxdur. Mövsümün sonunda klub rəhbərliyi ilə görüşəcəyəm və nə edəcəyimizi görəcəyik.

Gələcəyimdən danışmağınız üçün çox gözlədiniz, bir az da səbr edin, iş bitməyib. Yaza bilərsiniz, mən şayiələrə nəzarət edə bilmirəm və sizlərin orada yaydıqlarınızı idarə etmək belə, istəmirəm.

Əslində, mənim “Milan” ilə daha bir illik müqaviləm var və etibarlı müqaviləm olduğu müddətdə heç bir başqa klubla danışıqlar aparmayacağam”, deyə Pioli vurğulayıb.

Xatırladaq ki, 58 yaşlı italyan mütəxəssis “Milan”ı 2019-cu ilin oktyabrından çalışdırır. Piolinin “rossoneri” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Stefano Piolinin rəhbərliyi müddətində “Milan” bütün yarışlarda 236 oyuna çıxıb, 131 qələbə qazanıb, 54 heç-heçə edib, 51 məğlubiyyət acısısı yaşayıb. Topların fərqi isə 425:272 nisbətindədir.

Stefano Pioli “Milan”a 2021/2022-ci illər mövsümündə İtaliya A Seriyasının çempionluğunu qazandırıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla