AZ

Əbədi dəbdə olan paltarlar AÇIQLANDI

Tanınmış stilistlər əbədi dəbdə olacaq paltarları açıqlayıblar. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, "bodycon" donlar və ağ köynəklər həmişə dəbdə olacaqlar. 

Siyahıya həmçinin dar paltarlar və düz ayaqlı cins şalvar daxil edilib. Bundan əlavə, dizə qədər A-xəttli ətəklər də trenddən düşməyən geyimlər arasındadır. Stilist Barrett hesab edir ki, bu geyimlər istənilən fiqurlu qadınlar üçün uyğundur.

Bundan əlavə, mütəxəssislərin fikrincə, paltolar və dəri gödəkcələr heç vaxt aktuallığını itirməyəcək.

"Modanın rəmzi olan dəri gödəkcə, rok-n-roll nəslindən günümüzün küçə geyimlərinə çevrilib" deyən stilist onu çiçəkli paltarlar, ağ köynək və tünd rəngli cins şalvarlarla kombin etməyi tövsiyə edib.

Digər dəbdən düşməyən geyimləri arasında mütəxəssislər qara paltarı və jaketləri qeyd ediblər. Bildirilir ki, qeyd olunan geyimləri həm rəsmi tədbirlərdə, həm də gündəlik həyatda geyinmək olar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
Mənbələr
Şərh ()
Bağla