AZ

Onu belinə mindirdiyi ərinin ad gününü qeyd etdi: "Birlikdə qocalmağımızı sevirəm" - FOTOlar

Uzun illər Britaniya futbolunun əfsanəsi Devid Bekhemlə nümunəvi nikahda olan müğənni və modelyer Viktoriya Bekhem sosial şəbəkədəki səhifəsində paylaşım edərək ərinin 49 yaşını qeyd edib.  

Milli.Az lent.az-a istinadən xəbər verir ki, dünyaca məşhur keçmiş ingilis futbolçu Devid Bekhem və onun modelyer həyat yoldaşı Viktoriya Bekhem 1999-cu ildən xoşbəxt evlilik yaşayırlar. Bruklin, Romeo, Harper və Kruz adlı dörd övladı olan məşhur cütlük bütün dünyada barmaqla göstərilir.

Sosial şəbəkələrdəki paylaşımları ilə tez-tez xoşbəxtliklərini ortaya qoyan cütlüklərdən biri olan Viktoriya Bekhem aprelin 23-də 50 yaşını qeyd edib. Devid Bekhemin isə bu günlərdə 49 yaşı tamam olub.

"Məndən çox da geridə deyilsən"

33 milyon izləyicisi olan "Instagram" səhifəsində həyat yoldaşı ilə çəkdirdiyi şəkilləri bir-birinin ardınca paylaşan Viktoriya romantik bir mesajla Devidə səslənməyi də unutmayıb:

"Ad günün mübarək Devid. Birlikdə qocalmağımızı sevirəm! Yaşca məndən geri qalmırsan... Sən bizim hər şeyimizsən! Sən bizim yaşaya biləcəyimiz ən yaxşı ata və ərsən. Hamımız sizi çox sevirik".

Digər tərəfdən, Viktoriya Bekhem 50 yaşını təmtəraqlı ziyafətlə qeyd edib. Londonda keçirilən partidə Tom Kruz, Eva Lonqoriya, Mark Entoni kimi dünya səviyyəli ulduzlar, həmçinin dağılmış "Spice Girls" qrupundan Mel C., Melani Braun, Qeri Hallivel və Emma Banton iştirak edib.

Fevral ayında ayağını sındırdığı üçün məclisə çəliklə gələn Bekhem gecənin sonunda 25 illik həyat yoldaşı Devid Bekhemin belində məkanı tərk edib. Keçmiş futbolçu arvadını kürəyində maşınına qədər aparıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla