AZ

"Qarşımızdakı məqsəd liqada möhkəmlənməkdir" - Ayxan Abbasov

Misli Premyer Liqasının 33-cü turunda "Zirə" "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib. 

Offsideplus.az xəbər verir ki, Tovuz komandasının baş məşqçisi Ayxan Abbasov oyunu şərh edib,  jurnalistlərin suallarını cavablandırıb.

- Üzücü məğlubiyyətdir. 90 dəqiqə üstün oynadıq. Fərdi səhvlərdən sonra rəqib qollar vurdu. Çoxlu qol epizodlarımız oldu. Son üç oyunun hamısında rəqiblər bizdən oyun baxımından üstün olmayıb. Fərdi keyfiyyət öz sözünü dedi. Son matçlarda qırmızı vərəqələr bizi pis vəziyyətdə qoydu. Bu, olmamalıdır. Qarşımızdakı məqsəd liqada möhkəmlənməkdir. Sona 4-5 tur qalmış iddiamız davam edirdi. "Sumqayıt"la oyundan sonra şanslarımız azaldı. Bəlkə də itkilərimiz olmasaydı, sona qədər mübarizədə yer alardıq. Səbrli olmalıyıq. Yola birlikdə çıxmışıq. Bilirik ki, bölgədə çalışmaq çətindir, təzyiq çoxdur. Bunun öhdəsindən gəlməliyik.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla