AZ

Ramil və Vüsal uduzub, Coşqun və Bəxtiyar 3 xala sevinib

Türkiyə 1-ci Liqasında 33-cü turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, azərbaycanlı futbolçular fərqli nəticələrə imza atıblar.

Yığmanın futbolçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” səfərdən xalsız dönüb. “Bodrumspor”un qonağı olan “yaşıl-qaralar” 0:3 hesabı ilə uduzublar. Start heyətində yer alan Ramil 1-ci hissənin sonunda əvəzlənib.

Manisada azərbaycanlı futbolçuların dueli baş tutmayıb. Sertan Taşkın 82-ci dəqiqədə “Manisa”nın heyətində meydana çıxmaq şansı qazansa da, Vüsal İsgəndərli matçı “Boluspor”un ehtiyat oyunçular skamyasında keçirib. Manisalılar 1:0 hesabı ilə üstün olublar.

Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” öz meydanında “Ərzurumspor”a qalib gəlib (2:0). Həmyerlimiz bu görüşdə cəmi 5 dəqiqə oynamaq imkanı qazanıb.

Bəxtiyar Həsənalızadə “Tuzlaspor”un heyətində “Sakaryaspor”la görüşün 82-ci dəqiqədə meydana daxil olub. Onun komandası 2:0 hesabı ilə qələbə qazanıb.

Bu nəticələrdən sonra “Kocaelispor” 55 xalla 6-cı, “Boluspor” 50 xalla 9-cu, “Manisa” və “Ümraniyəspor” 40 xalla 11-ci və 12-ci, “Tuzlaspor” isə 37 xalla 14-cü pillədə yer alıb.

Qeyd edək ki, 1-ci Liqada sonuncu turun oyunları mayın 12-də baş tutacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla