AZ

Əmircan qəsəbəsində çoxsaylı bıçaq zərbələri ilə öldürülən qadının yaxınları DANIŞDIVİDEO

Bakıda 51 yaşlı qadın əri ilə mübahisə zamanı bıçaqlanıb.

Xezerxeber.az xəbər verir ki, hadisə Suraxanı rayonu Əmircan qəsəbəsində baş verib. Qadına çoxsaylı bıçaq zərbəsi vurulub.

Bıçaqlanan qadının oğlu deyir ki, ailədə münasbətlər gərgin olub.

Onun sözlərinə görə, atası anasına qarşı mütəmadi olaraq aqressiv davranıb. Onların arasında daim mübahisə olub. Oğlu iddia edir ki, atası Fikrət Balabəyov elə övladına qarşı da sərt davranıb.

Qohum və qonşular isə deyirlər ki, 30 illik ailədə baş vermiş bu hadisə onları təəcübləndirb.

Bıçaqlanan qadının yaxını Zeynəb Qurbanova isə deyilən xoş sözlərlə razılaşmır. O da iddia edir ki, ər həyat yoldaşına qarşı şiddət göstərirmiş.

Bıçaqlanan qadın Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimi onun vəziyyətinin ağır olduğunu deyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
Mənbələr
Şərh ()
Bağla