AZ

Laçında yaradılan heyvandarlıq seleksiya mərkəzindən XÜSUSİ REPORTAJVİDEO

Laçında heyvandarlıqla bağlı ənənələr bərpa edilir.

Xezerxeber.az-ın xəbərinə görə, 1 ilə yaxındır ki, rayonun zerti kəndində yaradılmış heyvandarlıq seleksiya mərkəzi xüsusi rol oynayır.

Müasir standartlara cavab verən, lazımi infrastruktura malik, hər birinin ölçüsü 240 kvadratmetr olan 5 saxlancdan ibarət Mərkəzdə xırdabuynuzlu heyvanların cins tərkibinin yaxşılaşdırılması, onların sayının artırılması üçün müxtəlif növ keçilər və qoyunlar saxlanılır. Laçındakı seleksiya mərkəzində məhsuldar sortlardan olan heyvanlar yetişdirilir.

Zerti Aqro Sənaye parkındakı Heyvandarlıq Seleksiya Mərkəzi 9  aydır fəaliyyətini davam etdirir. Bura müxtəlif sort keçi və qoyunların cins tərkibinin yaxşılaşdırılması, ətlik-südlük və yun çıxımı daha yüksək olan sortların əldə edilməsi məqsədi ilə yaradılıb.

Laçın abadlıq xidmətinin direktor müavini Aqil Səfərəliyevin sözlərinə görə, mərkəzdə qısa müddət ərzində uğurlu nəticələr əldə olunub. Yerli iqlimə bir çox sortlar, əsasən də Türkiyə sortları uğurla adaptasiya olub. Burada saxlanılan keçilərdən 14 baş çəpiş əldə olunub və bütün sortlar bala verib.

Qoyunlar arasında isə İvesi, Sakız, Akkaraman, Anadolu Merinosu, Asaf, Romanov və digər sortlardan, ümumilikdə, 31 baş quzu əldə olunub. Hazırda balalar xüsusi diqqətlə bəslənilir, onların inkişaf prosesi izlənilməklə, daim müşahidə altında saxlanılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
121
Mənbələr
Şərh ()
Bağla