AZ

Əl-Cəzirənin İsraildəki ofislərində axtarış aparılır

İsraildə Əl-Cəzirə ofislərində axtarış aparılır.

Oxu24.com   TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin rabitə naziri Şlomo Karhi “X” sosial şəbəkəsindəki nəşrində bildirib.

“Rabitə Nazirliyinin müfəttişləri, İsrail polisinin dəstəyi ilə hazırda Əl-Cəzirə-nin Qüdsdəki ofislərinə basqın edir və kanalın avadanlıqlarını müsadirə edir”, - deyə yazıda bildirilir.

Bundan əvvəl İsrail Nazirlər Kabineti Qətərin Əl-Cəzirə telekanalının ölkədəki filialının bağlanmasını yekdilliklə təsdiqləyib.

2024-cü il aprelin 1-də İsrail parlamenti ölkədə düşmən media qurumlarının bağlanmasına icazə verən qanunu təsdiqləyib. Qanunun lehinə 71 deputat, əleyhinə isə cəmi 10 deputat səs verib.

Qanunun redaksiyasına əsasən, İsrailin rabitə naziri avadanlıqları müsadirə edilməklə xarici KİV-ləri bağlamaq hüququna malik olacaq. Ancaq belə bir qərar yalnız ölkənin Müdafiə Nazirliyi jurnalistlərin hərəkətlərindən “dövlətin təhlükəsizliyinə real ziyan vurduğunu” aşkar etdikdən sonra mümkündür.

Bundan əvvəl İsrail Müdafiə Nazirliyi HƏMAS-ın razılıq əldə etmədiyi üçün Rəfah əməliyyatının tezliklə başlayacağı barədə xəbərdarlıq etmişdi.

 

 

 

Miri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
1
Mənbələr
Şərh ()
Bağla