AZ

Murad Musayev də “Qəbələ”nin zədəlilərinə qoşuldu

“Qəbələ”nin üç futbolçusu – Ülvi İsgəndərov, Lukas Afriko və Murad Musayev sabah baş tutacaq “Səbail”lə matçda forma geyinməyəcəklər.

Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Qəbələ” Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində qarşılaşacağı “Səbail”lə səfər oyununun hazırlıq prosesini başa vurub. Komanda üzvlərindən xeyli müddətdir zədədən əziyyət çəkən Ülvi İsgəndərov hazırlığa qatılmayıb. Lukas Afriko və Murad Musayev isə fərdi məşqlə kifayətləniblər. Ülvinin “Səbail”ə qarşı oynamayacağı dəqiqdirsə, Lukasla Muradın meydana çıxması sual altındadır. Böyük ehtimalla onlar da qarşıdakı görüşü buraxacaqlar.

Qeyd edək ki, sabah – mayın 6-da “Bayıl Arena”da baş tutacaq “Səbail” – “Qəbələ” qarşılaşmasına saat 19:00-da start veriləcək.

Bu, sözügedən rəqiblərin 31-ci dueli olacaq. Əvvəlki qarşılaşmalarda “Qəbələ” üstünlüyə malikdir. İndiyə qədər keçirilmiş 30 görüşdə 16 qələbəsi olan “qırmızı-qaralar” 6 görüşdən sülhlə ayrılıblar. Paytaxt təmsilçisi isə 8 dəfə qalib gəlib. Rəqib qapısından 54 top keçirən “Qəbələ” 36 qol buraxıb. Ülvi İsgəndərovla Baqali Dabo “Səbail”ə daha çox – hərəyə 6 qol vurublar.

“Qəbələ” “Səbail”lə 26 dəfə çempionat, 4 dəfə kubokda üz-üzə gəlib. Premyer Liqada 12 qələbə və 6 heç-heçəsi olan “qırmızı-qaralar” 8 dəfə xalsız qalıblar. “Qəbələ” top fərqində də öndədir – 45-32.

16-cı dəfə “Səbail”lə rəqib meydanında qarşılaşacaq “qırmızı-qaralar” səfərdə 6 qələbə və 3 heç-heçəyə imza atıblar. 6 görüşdə meydan sahibləri qalib gəliblər. Bu matçlarda “Qəbələ” 21, “Səbail” 22 dəfə fərqlənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla