AZ

La Liqa: “Sevilya”dan darmadağın, “Betis”dən inamlı qələbə

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 34-cü turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.

“Valensiya” doğma meydanda “Alaves”ə, “Rayo Valyekano” isə “Almeriya”ya minimal hesabla uduzub. “Osasuna” da “Betis”lə ev oyununda 2 cavabsız qola üzülüb.

Beş qolun qeydə alındığı “Selta” – “Vilyarreal” matçında meydan sahibləri qələbə qazanıblar. “Sevilya” da “Qranada” ilə ev oyununda 3 cavabsız qolla qalib gəlib.

Beləliklə, 34 turdan sonra 87 xalı olan və çempionluğu təmin edən “Real” vahid liderdir. Madrid təmsilçisinin əsas rəqiblərindən “Jirona” 74 xalla 2-ci, “Barselona” 43 xalla 3-cü, Madrid “Atletiko”su 67 xalla 4-cü, “Atletik” 61 xalla 5-ci, “Real Sosyedad” 54 xalla 6-cı, “Betis” isə 52 xalla 7-ci pillədə qərarlaşıb.

İspaniya, La Liqa
34-cü tur
3 may

Xetafe – Atletik 0:2
Qollar: İ.Uilyams, 27; 51.

4 may

Real Sosyedad – Las Palmas 2:0
Qollar: A.Suares, 33-öz qapısına. Bekker, 45+1.

Real – Kadis 3:0
Qollar: B.Dias, 51. Bellingem, 68. Xoselu, 90+3.

Jirona – Barselona 4:2
Qollar: Dovbik, 4. Portu, 65; 74. Qutyerres, 67 – Kristensen, 3. Levandovski, 45+1.

Malyorka – Atletiko 0:1
Qol: Rikelme, 5.

5 may

Osasuna – Betis 0:2
Qollar: A.Peres, 41. Fornals, 45+3.

Selta – Vilyarreal 3:2
Qollar: Aspas, 22-pen. Larsen, 39. Duvikas, 82 – Moreno, 12. Qedes, 65.

Valensiya – Alaves 0:1
Qol: X.Lopes, 68.

Rayo Valyekano – Almeriya 0:1
Qol: K.Losano, 30.

Sevilya – Qranada 3:0
Qollar: Akuna, 11. En Nesiri, 51. Lukebakio, 80.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
177
2
Mənbələr
Şərh ()
Bağla