AZ

Bakıda toydan çıxan qadınları avtomobil vurub - FOTO

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

APA xəbər verir ki, qəza Bəkir Çobanzadə küçəsində baş verib.

1959-cu il təvəllüdlü Bağırova Kəmalə Həmid qızı və 1961-ci il təvəllüdlü Əfəndiyeva Gülarə Oktay qızı şadlıq evindən çıxaraq yolun əks tərəfinə keçmək istəyib.

Həmin vaxt onları KIA markalı avtomobil vurub.

Piyadalar ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Bakıda Bakıda

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
19
Mənbələr
Şərh ()
Bağla