AZ

Almaniyada hərbi zavodda yanğını ram etmək mümkün olmayıb

Almaniyanın paytaxtı Berlindəki “Diehl Metal Applications” zavodunda baş verən yanğını 3 gündür nəzarət altına almaq mümkün olmur.

"Report" xəbər verir ki, bu barədə “Spiegel” nəşri məlumat yayıb.

Almaniyanın hərbi sənaye kompleksinə aid zavodda baş verən yanğının səbəbi məlum deyil. Hazırda yanğın davam edir, hadisə yerində ondan çox yanğınsöndürmə briqadası işləyir.

Səhər saatlarından etibarən ixtisaslaşmış şirkətlər yanmış tikililərin sökülməsinə başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
208
7
Mənbələr
Şərh ()
Bağla