AZ

AİB Azərbaycan-Avropa İttifaqı "yaşıl" dəhlizi layihəsində iştirak etməyə hazırdır

Tbilisi. Trend:

Asiya İnkişaf Bankı (AİB) mümkünlüyünü təsdiq edilən sonraAzərbaycan-Avropa İttifaqı "yaşıl" dəhlizi layihəsində iştiraketməyə hazırdır.

Bu barədə Trendözəl müsahibəsində AİB-in Mərkəzi və Qərbi Asiya üzrəbaş direktoru Yevgeni Jukov Bankın Tbilisidə keçirilən illiktoplantısı çərçivəsində bildirib.

AİB-in baş direktoru qeyd edib ki, bank regional əməkdaşlığıngüclü tərəfdarıdır, çünki o, yəqin ki, nizamnaməsinə daxil edilmişregional əməkdaşlığı olan bir neçə çoxtərəfli inkişaf banklarından(MDB) biridir:

"Mərkəzi Asiya və Qafqazda biz 2000-ci illərin əvvəllərindəMərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramını (CAREC)yaratdıq. O vaxtdan bəri regional əməkdaşlığa, o cümlədən əlaqəyəqoyulan ümumi investisiya 50 milyard dolları ötüb.

Təbii ki, Azərbaycandan Gürcüstana, Qara dənizdən Rumıniyaya vəAvropa İttifaqının qalan hissəsinə uzanan Qara dəniz kabel layihəsiüzərində araşdırmalar davam edir. Hazırda texniki-iqtisadiəsaslandırma aparılır. Ümid edirik ki, bu ilin ortasına və yasonuna qədər onu ilkin olaraq tamamlayacağıq. Tədqiqat layihəninhəyata keçirilməsinin mümkün olduğunu göstərsə, biz iştiraketməkdən məmnun olarıq. Bu, çox irimiqyaslı layihədir və həyatakeçirilsə, hesab edirəm ki, bir çox beynəlxalq maliyyə institutlarıbu layihədə iştirak edə biləcəklər. Bundan əlavə, bir neçə günəvvəl Daşkənddə Özbəkistan, Qazaxıstan və Azərbaycan hökumətləriXəzər dənizindən keçməklə, Özbəkistandan Qazaxıstana və Azərbaycana"yaşıl” enerji dəhlizi yol ilə gedən mümkün sualtı kabel xəttilayihəsinə dair ilkin anlaşma memorandumu imzalayıblar. Özbəkistanölkənin qərb bölgələrində bərpa olunan enerji, günəş və küləkistehsalına kifayət qədər sərmayə qoyur, halbuki iqtisadi bazanınböyük hissəsi faktiki olaraq Özbəkistanın şərqində yerləşir.Düşünürük ki, bu layihələr daha sonra bu təklif olunan yaşıl dəhlizvasitəsilə təmin oluna bilən yaşıl enerji istehsal etməkpotensialına malikdir. Amma hesab edirik ki, bunun üçün böyükinvestisiyalar tələb olunacaq", - deyə o bildirib.

Qeyd edək ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan,Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerjikörpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq sazişiimzalayıblar.

Əldə edilən razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195kilometr uzunluğunda "Black Sea Energy" dənizaltı elektrikkabelinin çəkilməsi gözlənilir. Kabel Azərbaycanda hasil edilənyaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsiləRumıniyaya çatdırmaq üçün Macarıstana və Avropanın qalan hissəsinənəql olunacaq. Bu, dörd gigavata qədər yaşıl enerjinin verilməsinəimkan verəcək.

Məqalədə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
1
Mənbələr
Şərh ()
Bağla