AZ

Premyer Liqa: “Qəbələ” “Səbail”ə yenə uduzacaq?

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 33-cü turunun oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutacaq.

Turun qapanış matçında “Səbail” “Qəbələ”ni qəbul edəcək. Uzun müddətdir qələbəyə həsrət olan, elitanı tərk edəcəyi dəqiqləşən əyalət təmsilçisi Bakıda uğursuz gedişata son qoymağa çalışacaq. Baxmayaraq ki, bu, “Qəbələ” üçün heç nəyi dəyişməyəcək.

Ötən tur “Sabah”a uduzmuş “Səbail” isə ən azı 6-cı pillədəki mövqeyini qorumaq üçün rəqibini xalsız yola salmaq məcburiyyətindədir.

“Səbail”lə “Qəbələ” bu günə qədər çempionat çərçivəsində 26 oyunda üz-üzə gəliblər. Bu görüşlərdən 6-da qalib müəyyənləşməyib. Qalan görüşlərdə “Səbail” 8, “Qəbələ” 12 qələbə qazanıb. “Səbail” son 8 oyunda qol vurub. Bakı klubu son 3 matçda qalib gəlib.

Premyer Liqa
33-cü tur
4 may

“Kəpəz” – “Sumqayıt” 1:1
Qollar: Elçin Əlicanov, 90+5 – Cordan Rezabala, 80.
Hakimlər: Tural Qurbanov, Zöhrab Abbasov, Teymur Teymurov, Nicat İsmayıllı.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tovuz şəhər stadionu, 16:30.

“Qarabağ” – “Neftçi” 5:0
Qollar: Nəriman Axundzadə, 13; 77. Toral Bayramov, 41. Leandro Andrade, 65. Abdullah Zubir, 85.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Kamran Bayramov, Fərid Hacıyev.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “Azersun Arena”, 19:30.

5 may

“Turan Tovuz” – “Zirə” 1:2
Qollar: Fərid Nəbiyev, 53 – Salifu Suma, 14. Sezar Meza Kolli, 70.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Tovuz şəhər stadionu, 16:30.

“Araz-Naxçıvan” – “Sabah” 0:1
Qol: Ayaz Quliyev, 1.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Mərdəkan. “Dalğa Arena”, 19:00.

6 may

“Səbail” – “Qəbələ”
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
“Bayıl Arena”, 19:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla